"Sabah" milli üzvünü transfer etdi - RƏSMİ

18:53 - 25 May 2022

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Tellur Mütəllimov bundan sonra paytaxt təmsilçisinin uğurları üçün çalışacaq. 27 yaşlı futbolçu ilə müqavilənin müddəti 2 ildir.

Tellur karyerası ərzində “Qəbələ” (2016-2018), “Zirə” (2015/16, 2017-2020) və “Sumqayıt” (2020-2022) klublarında çıxış edib.

Xəbər xətti