Salah "Liverpul"da qalacaq

22:32 - 25 May 2022

"Liverpul"un hücumçusu Mədəmməd Salah gələcəyi ilə bağlı açıqlama verib.


Sportal.az xəbər verir ki, misirli futbolçu Çempionlar Liqasının "Real"la keçiriləcək oyunundan əvvəl təşkil etdiyi mətbuat konfransında danışıb. 29 yaşlı oyunçu növbəti mövsüm Mersisayd təmsilçisində olacağını bildirib:


"Hazırda yalnız final matçı haqda düşünürəm. Ancaq növbəti mövsümdə "Liverpul" forması geyinəcəyimə əminəm".


Məhəmməd Salah cari mövsümdə "Liverpul"un heyətində meydana çıxdığı 50 qarşılaşmada 31 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti