"Qalatasaray" "Real"ın ulduz futbolçusunu istəyir

12:55 - 26 May 2022

Türkiyənin "Qalatasaray" klubu mövsümlərarsı fasilədə heyətini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.


Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi yayda "Real"la müqaviləsi başa çatacaq İsko ilə yaxından maraqlanır. İspaniyalı vingerlə menecerlər vasitəsilə görüş keçirilib.


30 yaşlı futbolçu "Qalatasaray"dan 3,5 milyon avro maaş və 3 illik müqavilə tələb edir. "Cim bom"da prezident seçkiləri baş tutduqdan sonra bu keçidin reallaşacağı gözlənilir.


İsko "Real"a 2013-cü ildə "Malaqa"dan 30 milyon avroya transfer olunub. İspaniya millisinin üzvü cari mövsümdə "kral klubu"nun heyətində meydana çıxdığı 17 rəsmi matçda 2 qol vurub.

Xəbər xətti