Vinisius Çempionlar Liqasının ən yaxşısı seçildi

16:51 - 31 May 2022

Çempionlar Liqasında mövsümün ən yaxşı gənc futbolçusu məlum olub.

 

Sportal.az xəbər verir ki, bu, "Real"ın hücumçusu Vinisius Juniordur. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

 

22 yaşlı futbolçu finalda komandasına "Liverpul" üzərində qələbə qazandıran (1:0) qolun müəllifi olub. O, ÇL-də cari mövsüm ərzində meydana çıxdığı 13 matçda 4 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti