"Sabah" milli üzvü ilə müqaviləni uzatdı - FOTO

11:26 - 5 İyun 2022

“Sabah” klubu Bəxtiyar Həsənalızadə ilə yeni müqavilə bağlayıb.

Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı müdafiəçi ilə bağlanmış yeni müqavilənin müddəti 1 ildir.

Azərbaycan millisinin üzvü olan futbolçu 2020-ci ilin dekabr ayından “Sabah”ın uğurları üçün çalışır. O, komandanın heyətində ümumilikdə 36 oyun keçirib.

 

Bir 1 kişi ve yazı görseli olabilir

Xəbər xətti