Premyer Liqa klubu sabiq "Qarabağ"lı ilə müqavilə imzaladı

18:23 - 10 İyun 2022

"Qarabağ"ın sabiq qapıçısı Asmir Beqoviç "Everton"la yeni müqavilə imzalayıb.


Sportal.az xəbər verir ki, 35 yaşlı "əlcək sahibi" 2023-cü ilin yayına kimi Premyer Liqa klubunun şərəfini qoruyacaq. Bu barədə Liverpul təmsilçisinin rəsmi saytı məlumat yayıb.


Qeyd edək ki, Asmir Beqoviç 2019/2020 mövsümünün birinci yarısını icarə əsasında "Qarabağ"da keçirib.

Xəbər xətti