"Qəbələ" - "Fehervar" matçının vaxtı dəqiqləşdi

18:32 - 23 İyun 2022

“Qəbələ”nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində keçirəcəyi cavab oyununun vaxtı müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, “Fehervar”la iyulun 28-də baş tutacaq matç saat 20:00-da başlayacaq. Qarşılaşma Qəbələ şəhər stadionunda keçiriləcək.

 

Xatırladaq ki, iyulun 21-də Macarıstandakı “Mol Arena”da baş tutacaq ilk görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Xəbər xətti