UEFA Region Kuboku: Qazaxıstan klubu darmadağınla qalib gəldi

18:16 - 25 İyun 2022

Bu gün UEFA Region Kubokunun Azərbaycanda təşkil olunmuş ilkin seçmə mərhələsində birinci qrupda ikinci turun matçları keçirilib.

Sportal.az xəbər verir ki, "Zapoos"(Estoniya) "Kaskelen"lə(Qazaxıstan) üz-üzə gəlib.

Qazaxıstan təmsilçisi rəqibinə 5:0 qalib gəlib.

İlkin mərhələnin qalibi iyunun 29-da Şamaxıda keçiriləcək final matçında müəyyənləşəcək.

UEFA Region Kuboku
25 iyun

"Zapoos" – "Kaskelen" 0:5

Baş hakim: Elçin Məsiyev (Azərbaycan)
Baş hakimin köməkçiləri: Elşad Abdullayev (Azərbaycan), David Gabrovec (Sloveniya)
Dördüncü hakim: David Smayc (Sloveniya)
ASK Arena

Xəbər xətti