İspaniya millisinin sabiq üzvü bu klubda çalışacaq

18:35 - 25 İyun 2022

İspaniya millisinin veteran futbolçusu Xavi Qarsiya "Benfika"nın məşqçilər korpusunda çalışacaq. 

Sportal.az Lissabon klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, Qarsiya Rojer Şmidtin köməkçisi təyin edilib.

Qarsiya bu həftə futbolçu karyerasını bitirmişdi. O, əvvəllər "Benfika"da oynayıb.

Xəbər xətti