Ozan Tufan İngiltərə klubuna keçdi

15:57 - 26 İyun 2022

"Fənərbağça"nın futbolçusu Ozan Tufan karyerasını İngiltərədə davam etdirəcək.

Sportal.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi "Hall Siti"yə keçəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ozan Çempionşip təmsilçisi ilə danışıqları yekunlaşdırmaq üçün İngiltərəyə gedəcək. O, tibbi müayinədən keçdikdən sonra rəsmi müqavilə imzalayacaq.

Xəbər xətti