"Yuventus" argentinalını razı saldı

19:35 - 27 İyun 2022

Argentinalı futbolçu Anxel Di Mariya karyerasına "Yuventus"da davam edəcək.

Sportal.az "Goal"a istinadən xəbər verir ki, 34 yaşlı futbolçu "qoca sinyora" ilə 1 illik müqavilə imzalayacaq.

İlkin razılıq əldə edilib və yaxın günlərdə rəsmi müqavilənin də imzalanacağı gözlənilir. 

​Di Mariya son dəfə PSJ-də forma geyinib.

Xəbər xətti