Türkiyə klubu azərbaycanlı futbolçu ilə danışıqlara start verdi

11:16 - 28 İyun 2022

Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərlinin "Sumqayıt"a keçəcəyilə bağlı xəbər vermişdik.

Sportal.az saytına verilən məlumata görə, yarımmüdafiəçinin Türkiyəyə qayıtmaq ehtimalı ortaya çıxıb.

Belə ki, “Boluspor” İsgəndərlini transfer etmək istəyir. Əslində, danışıqlar bir müddətdir ki, aparılır. 

Tərəflər razılıq əldə edərsə, İsgəndərli Türkiyəyə yollanaraq “Boluspor”la rəsmi müqavilə imzalayacaq.

Vüsal "Sumqayıt"a keçməyi qəbul etsə də, xarici klublardan təklif alacağı təqdirdə gedəcəyinə problem yaradılmayacağına dair razılıq alıb. Amma "Boluspor" məsələsi alınmasa, "Sumqayıt"da qalıb oynayacaq.

Xəbər xətti