"Marsel"in yeni baş məşqçisi açıqlandı

20:02 - 4 İyul 2022

Fransanın "Marsel" klubunun yeni baş məşqçisi məlum olub.

 

Sportal.az xəbər verir ki, Liqa 1 təmsilçisini İqor Tüdor çalışdıracaq. Məlumatı klubun rəsmi saytı yayıb. 44 yaşlı xorvatiyalı mütəxəssislə iki illik müqavilə imzalanıb.

 

Son iş yeri "Verona" olan İqor Tüdor "Marsel"in baş məşqçisi postunda bir neçə gün əvvəl istefaya göndərilən Xorxe Sampaolini əvəz edib.

Xəbər xətti