"Zirə" Türkiyə klubu ilə heç-heçə etdi

20:20 - 6 İyul 2022

Yeni mövsümün hazırlığını Türkiyədə davam etdirən "Zirə" bu gün ikinci yoxlama görüşünü keçirib.

 

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi Türkiyə I Liqasında mübarizə aparan "Eyüpspor"la üz-üzə gəlib. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.

 

Qeyd edək ki, "Zirə" ilk yoxlama oyununda Rumıniyanın "Hermanşdadt" klubuna 1:2 hesabı ilə məğlub olmuşdu.

Xəbər xətti