"Kəpəz" gürcüstanlı yarımmüdafiəçi transfer etdi - RƏSMİ

10:05 - 7 İyul 2022

“Kəpəz” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Gəncə təmsilçisi gürcüstanlı dayaq yarımmüdafiəçisi Giorgi Kantariyanı heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Futbolçu ilə 1 illik müqavilə imzalanıb.

25 yaşlı futbolçunun son klubu vətənində "Telavi" olub. Kantariya Gürcüstan U-21 millisində də çıxış edib.

Xəbər xətti