"Turan Tovuz"dan növbəti legioner transferi - RƏSMİ

19:42 - 13 İyul 2022

Yeni mövsümdən Premyer Liqada mübarizə aparacaq "Turan Tovuz" heyətini daha bir futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Tovuz təmsilçisi  27 yaşlı gürcüstanlı yarımmüdafiəçi Piruzi Marakvelidze ilə 1 illik müqavilə imzalayıb.

 

Qeyd edək ki, son mövsümü “Telavi”də keçirən Marakvelidze Tbilisi “Dinamo”sunun yetirməsidir. O, son mövsümdə “Telavi”nin heyətində 12 oyun keçirib 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

 

Yarımmüdafiəçi vətənində “Zestafoni”, “Merani” və “Liakvi”nin də formasını geyinib.

 

"Turan Tovuz" daha əvvəl gürcüstanlı İmeda Aşortianın da keçidini açıqlayıb.

Xəbər xətti