"Sumqayıt" "Kəpəz"lə qarşılaşacaq

20:52 - 13 İyul 2022

2022/23 mövsümü üçün hazırlıqlarını davam etdirən “Sumqayıt” təlim-məşq toplanışının ilk mərhələsi çərçivəsində növbəti yoxlama oyununu keçirəcək.

 

Sportal.az xəbər verir ki, "kimyaçılar" “Kəpəz”lə üz-üzə gələcək. 14 iyul tarixində “Kapital Bank Arena”nın təbii örtüklü köməkçi meydançasında keçiriləcək oyuna saat 18:00-da start veriləcək.

 

Qeyd edək ki, "Sumqayıt" ilk yoxlama matçında "Sabah"ı 2:1 hesabı ilə məğlub edib.

Xəbər xətti