Azərbaycan çempionu braziliyalı hücumçu transfer etdi

10:37 - 15 İyul 2022

“Araz-Naxçıvan” heyətini gücləndirmək istiqamətində çalışmalarını davam etdirir.

 

Sportal.az xəbər verir ki, futzal üzrə UEFA Çempionlar Liqasında elit-raunda vəsiqə qazanmaq istəyən ölkə çempionu bu dəfə Viktor Uqo Piresa ilə ortaq məxrəcə gəlib. 23 yaşlı hücumçu ötən mövsümü Qazaxıstan çempionatında keçirib. O, “Atırau” klubunun formasını geyinib. Futzalçı artıq UEFA Çempionlar Liqasının oyunlarında da təcrübə toplayıb. Belə ki, o, 2 il əvvəl “Jalqiris”in heyətində qitənin əsas klub yarışında 3 oyun keçirib, 2 qol vurub. Onunla da anlaşma mövsümün sonuna qədər nəzərdə tutulub.

 

Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Mateus Katatau, Vitao və Rövşən Hüseynli ilə müqavilə imzalayıb. Təmsilçimiz avqustun birinci yarısında hazırlığa başlayacaq. UEFA Çempionlar Liqasında isə meydana oktyabrda çıxacaq.  

Xəbər xətti