Millimizin Belarus toplanışı başa çatdı

15:05 - 16 İyul 2022

Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin Belarusda təşkil olunan təlim-məşq toplanışı başa çatıb. 

 

Sportal.az xəbər verir ki, iyulun 9-dan paytaxt Minskdə hazırlıq keçən Pərviz Səmədovun rəhbərlik etdiyi komanda bu gün Bakıya qayıdıb.

 

Millimiz səfər çərçivəsində yerli yığma ilə də üç yoxlama matçı keçirib. Belarus millisi ilə keçirilən hər üç görüşdə rəqib qələbə qazanıb.

 

Avropa çempionatının təsnifat mərhələsinə və İslam Həmrəyliyi Oyunlarına hazırlaşan yığmamız təlim-məşq toplanışının son mərhələsini Bakıda davam etdirəcək. 

 

Yığma ilk rəsmi matçını avqustun 3-də Bakıda AVRO-2023-ün təsnifat mərhələsində Danimarka komandasına qarşı keçirəcək.

Xəbər xətti