"Sumqayıt" Türkiyəyə getdi

20:19 - 16 İyul 2022

"Sumqayıt" 2022/2023 mövsümünün hazırlığının ikinci mərhələsi üçün Türkiyəyə yola düşüb.

 

Sportal.az xəbər verir ki, Aleksey Baqanın rəhbərlik etdiyi kollektiv Bolu şəhərində 2 həftəlik təlim-məşq toplanışı keçəcək.

 

"Koru" hotelində məskunlaşacaq "Sumqayıt" 30 iyul tarixinədək davam edəcək hazırlıq prosesi zamanı 3 yoxlama oyunu keçirəcək. Rəqiblər hələ açıqlanmayıb.

Xəbər xətti