"Sabah" İsrail klubu ilə qarşılaşacaq

18:59 - 18 İyul 2022

Bolqarıstanın Bansko şəhərində təlim-məşq toplanışını davam etdirən “Sabah”ın hazırlıq çərçivəsində qarşılaşacağı ilk rəqib bəlli olub.

 

Sportal.az xəbər verir ki, Masazır təmsilçisi İsrailin yüksək liqa təmsilçisi “Hapoel” (Hadera) ilə qarşılaşacaq.

 

Görüş iyulun 20-də, Bakı vaxtı ilə saat 19:30-da Sofiyada yerləşən milli komandaların təlim-məşq bazasının stadionunda baş tutacaq.

Xəbər xətti