"Səbail" Gürcüstana getdi

16:30 - 20 İyul 2022

"Səbail" yeni mövsümün hazırlığını davam etdirir.

 

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi hazırlıq prosesinin ikinci mərhələsini Gürcüstanın paytaxtı Tbilisidə həyata keçirəcək. Mahmud Qurbanovun rəhbərlik etdiyi kollektiv artıq qonşu ölkədədir.

 

"Səbail" Gürcüstandakı 10 günlük təlim-məşq toplanışı çərçivəsində üç yoxlama oyunu keçirəcək.

Xəbər xətti