"Fehervar"ın baş məşqçisi: "Qəbələ" fiziki cəhətdən güclü komandadı"

18:42 - 20 İyul 2022

"Qəbələ" Avropa Konfrans Liqası II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində "Fehervar"ın qonağı olacaq.

 

Sportal.az xəbər verir ki, Macarıstan təmsilçisinin baş məşqçisi Mixael Boris oyundan öncə keçirilən mətbuat konfransında açıqlama verib: 

 

“Sabah yeni mövsümdə ilk rəsmi matçımızı keçirəcəyik. Oyuna ciddi hazırlaşmışıq. Rəqibimizi təhlil etməyə çalışdıq. "Qəbələ" fiziki cəhətdən güclü komandadır və onların son zərbələri çox təhlükəlidir. Təbii ki, yeni mövsümə yaxşı nəticə ilə başlamaq istəyirik. Bu oyuna tam hazır olmaq üçün təlim-məşq toplanışında hər şeyi etmişik".

 

Sabah “Mol Arena”da oynanılacaq “Fehervar” – “Qəbələ” matçı Bakı vaxtilə saat 21:00-da başlayacaq.

Xəbər xətti