"Turan Tovuz" 59 manatlıq biletləri satışa çıxardı

14:08 - 22 İyul 2022

Futbolun İnkişaf Fondu və “Turan Tovuz” futbol klubu 2022/2023-cü illər mövsümü üçün limitli sayda mövsümi biletləri təqdim edir.

 

Sportal.az xəbər verir ki, 500 ədəd satışa çıxacaq biletin birinin qiyməti 59 AZN təşkil edir. Bu biletləri əldə edərək, stadionun ən yaxşı yerlərinin birindən klubun keçirilən bütün ev oyunlarını (Azərbaycan Premyer Liqası, Azərbaycan Kuboku, yoldaşlıq oyunları) izləmək mümkündür.

 

Mövsümi bilet əldə edən şəxsə klubun atributları da təqdim olunacaq.

Xəbər xətti