Paytaxt klubunda yeni müqavilə

14:43 - 25 İyul 2022

İngiltərənin "Tottenhem" klubunda yeni müqavilə qeydə alınıb.

 

Sportal.az xəbər verir ki, London təmsilçisini Ben Deyvisin sözləşməsinin müddətini uzadıb. Bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb. Uelsli müdafiəçi 2025-ci ilin yayına kimi komandada qalacaq.

 

Ben Deyvis "Tottenhem"ə 2014-cü ilin yayında "Suonsi"dən transfer olunub. 29 yaşlı futbolçu son mövsümdə komandanın heyətində 43 matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti