Dünya çempionatı: 5 güləşçimiz yarımfinalda

18:42 - 25 İyul 2022

İtaliyanın paytaxtı Romada güləş üzrə U-17 dünya çempionatı start götürüb.

 

Sportal.az xəbər verir ki, ilk yarış günündə Azərbaycanın 5 güləşçisi mübarizəyə başlayıb. İdmançılarımızın hamısı yarımfinala yüksəlib.

 

Yarımfinalda Səid Xəlilov (48 kq) Ronit Şarma ilə (Hindistan), Fəraim Mustafayev (55 kq) Halil Çinarla (Türkiyə), Əli Əlizadə (65 kq) Məhəmməd Piani ilə (İran), İsmayıl Rzayev (80 kq) Seyid Azərşabla (İran) və Məzaim Mərdanov (110 kq) Camal Bakırla (Türkiyə) qarşılaşacaq.

Xəbər xətti