Rəşad Sadıqov: "Komanda daha böyük işlər üçün hazırdı"

10:06 - 29 İyul 2022

"Zirə" Avropa Konfrans Liqası II təsnifat mərhələsinin cavab oyununda səfərdə "Makkabi" ilə 0:0 hesablı heç-heçə edib.

 

Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında komandanın baş məşqçisi Rəşad Sadıqov açıqlama verib:

 

“Maraqlı oyunun şahidi olduq. Futbolçularıma təşəkkür etmək istəyirəm. Güclü rəqibdən hər iki oyunda da çəkinmədilər. Meydanda inamlı mübarizə apardılar.

İki komandanın da qol imkanı oldu. İlk matçda buraxdığımız səhvlər həlledici oldu. İlk oyunun səfərdə olması “Makkabi” üçün yaxşı oldu. Yaxşı baş məşqçiləri və heyətləri var. Komanda bu il daha böyük yerlər uğrunda mübarizə aparacaq. Onlara uğurlar arzu edirəm. Biz isə yolumuza davam etməliyik. İki oyun bizə göstərdi ki, komanda daha böyük işlər üçün hazırdı və gələcəkdə daha yaxşı olacağıq”.

 

Xəbər xətti