Millimiz Belarusa qarşı

16:32 - 29 İyul 2022

Bakıda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan Azərbaycan milli komandası bu gün yoldaşlıq oyununda qüvvəsini sınayacaq.

 

Sportal.az xəbər verir ki, Miloş Velebitin rəhbərlik etdiyi kollektiv Belarusdan olan həyaşıdları ilə üz-üzə gələcək.

 

Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma saat 18:30-da start götürəcək.

 

Azərbaycan U-19 – Belarus U-19
29 iyul. Bakı Olimpiya Stadionu, ehtiyat meydança. Saat 18:30
Hakimlər: Kamal Umudlu, Cəmil Quliyev, Eyyub İbrahimov, Emin Əliyev

Xəbər xətti