Mahir Emreli: "İndi özümü yaxşı hiss edirəm"

11:55 - 30 İyul 2022

Mahir Emreli "Dinamo"nun "İstra"nı 4:1 hesabı ilə məğlub etdiyi matçdan sonra klubun mətbuat xidmətinə açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 25 yaşlı forvard zədədən sonra özünü yaxşı hiss etdiyini bildirib:

 

“Hər şeydən əvvəl qələbə qazandığımıza görə sevinirəm. Əlbəttə ki, üç xal qazanmaq vacib idi. Son zədəm məni narahat etdi, amma indi özümü yaxşı hiss edirəm. Növbəti oyunda nə qədər şans alacağımı bilmirəm, lakin əlimdən gələni edəcəm.

İndiyədək altı oyun buraxmışam və zədədən sonra komandaya qayıtmaq daha çətindir. Bu, işimizin bir parçasıdır. Psixoloji vəziyyətim yaxşıdır. Mən “Dinamo”nun oyunçusuyam”.

Xəbər xətti