Ayaz Quliyev: "Din mənim üçün birinci yerdədi"

12:40 - 30 İyul 2022

Rusiyanın "Ximki" klubunun yarımmüdafiəçisi Ayaz Quliyev yerli mətbuata müsahibə verib.

 

Sportal.az xəbər verir ki, 25 yaşlı Azərbaycan əsilli futbolçu dinlə bağlı fikirlərini bildirib. O, İslam dininə güvəndiyini deyib:

 

"Din mənim üçün birinci yerdədir. Həyatımda bundan vacib heç nə yoxdur. Qalan hər şey ikinci dərəcəlidir. Nə etsəm də, həmişə İslam dininə güvənirəm. Qərara gəldim ki, yaxşı bir şey etməliyəm. Maykl və mən xeyriyyəçilik üçün pul verdik. Sonra içimdə çox şey dəyişdi. Mən daha sakit və daha dözümlü oldum. Artıq çox şeyə o qədər də kəskin reaksiya vermirəm”.

Xəbər xətti