Millimiz 4 qolla qalib gəldi

10:14 - 1 Avqust 2022

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Bakıda təlim-məşq toplanışında olan Səudiyyə Ərəbistanı yığması ilə yoldaşlıq oyununu keçirib.

Sportal.az xəbər verir ki, Bakı “Su İdman Sarayı”nın ərazisindəki çimərlik futbolu meydançasında keçirilmiş oyun 4:1 hesabı ilə komandamızın xeyrinə başa çatıb.

Millimizin qollarını Hüseyn Axundov (2), Amid Nəzərov və Ramil Əliyev vurub. Bu komandalar arasında növbəti oyun bu gün keçiriləcək.

Xəbər xətti