Ayaz Quliyevdən milli açıqlaması: "Tələsik qərar vermək istəmirəm"

10:30 - 1 Avqust 2022

Rusiyanın "Ximki" klubunun yarımmüdafiəçisi Ayaz Quliyev Azərbaycan milli komandasında oynamaq ehtimalından danışıb.

 

Sportal.az xəbər verir ki, 25 yaşlı futbolçu daim AFFA ilə əlaqə saxladığını bildirib:

 

“AFFA ilə daimi əlaqə saxlayıram, lakin hələ yekun təklif olmayıb. Hər şey konkret olmalıdır. Oturmaq, danışmaq və ortaq məxrəcə gəlmək lazımdır. Belə çıxır ki, məni istəyirlər, amma heç nə olmur. Konkret danışıqlardan sonra Azərbaycan millisində oynamaq istəyib-istəmədiyimi biləcəm. İndi isə nəsə söyləmək olmur. Tələsik qərar vermək istəmirəm".

Xəbər xətti