"İnter" Sançesin müqaviləsini ləğv edir

22:15 - 1 Avqust 2022

İtaliyanın "İnter" klubunda ayrılıq gerçəkləşəcək.

 

Sportal.az xəbər verir ki, Milan təmsilçisi Aleksis Sançeslə yollarını ayırır. Bu barədə jurnalist Fabritsio Romano məlumat verib.

 

A Seriyalı klubu çilili hücumçunun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verəcək. 33 yaşlı forvardın karyerasını Fransa "Marsel"ində davam etdirəcəyi gözlənilir.

 

Qeyd edək ki, Aleksis Sançes "İnter"ə 2019-cu ilin yayında "Mançester Yunayted"dən transfer olunub. Çili yığmasının üzvü son mövsümdə Milan təmsilçisinin heyətində meydana çıxdığı 39 matçda 9 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti