Məşhur hücumçu "Yuventus"un təklifini rədd etdi

17:59 - 3 Avqust 2022

"Napoli"dən ayrılan Dris Mertens Avropanın bir çox klublarının diqqət mərkəzindədir.

 

Sportal.az xəbər verir ki, belçikalı forvardla maraqlanan klublardan biri də "Yuventus"dur.

 

Turin təmsilçisi 35 yaşlı hücumçuya təklif göndərsə də, təcrübəli futbolçu bu təklifi qəbul etməyib. O, "Napoli"yə olan sədaqətinə görə Neapol klubunun əzəli rəqibinə keçmək istəməyib.

 

Dris Mertens 2013-cü ildən "Napoli"də çıxış edirdi. Belçika millisinin üzvü A Sderiyası təmsilçisinin heyətində meydana çıxdığı 295 matçda 113 qol vurub.

Xəbər xətti