"Qarabağ"ın kapitanı "Ferentsvaroş"a qarşı oynamayacaq

19:05 - 3 Avqust 2022

"Qarabağ" UEFA Çempionlar Liqası III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Macarıstanın "Ferentsvaroş" klubunu qəbul edir.

 

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi bu görüşə ciddi itki ilə çıxacaq. Belə ki, müdafiəçi Maksim Medvedev komandasına kömək edə bilməyəcək. Zədəsi olan kapitanın adı görüşün iştirak ərizəsinə daxil edilməyib.

 

"Qarabağ"ın müdafiəçisi Kevin Medina zədə, yarımmüdafiəçilər Kadi Borges və Riçard Almeyda isə cəza səbəbindən bu oyunda meydana çıxa bilməyəcək.

 

Qeyd edək ki, "Qarabağ" - "Ferentsvaroş" qarşılaşması saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Xəbər xətti