"Sumqayıt"da toqolu hücumçu

13:22 - 4 Avqust 2022

2022/23 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunun keçidini reallaşdırıb.

 

Sportal.az xəbər verir ki, "kimyaçılar" Braziliyanın aşağı liqa təmsilçiləri - “Rolandia”, “Atletiko Asisense” və “PSTC” klublarında çıxış etmiş hücumçu Ouro-Nil Ture ilə 1+1 illik müqavilə imzalayıb.

 

23 yaşlı toqolu futbolçu komandada “70” nömrəli formada çıxış edəcək.

Xəbər xətti