"Çelsi" 18 yaşlı yarımmüdafiəçi üçün 18 milyon avro ödədi

16:47 - 4 Avqust 2022

İngiltərənin "Çelsi" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, London təmsilçisi "Aston Villa"dan Karni Çukuemekanı transfer edib. Bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb.

 

İngiltərə U-19 millisinin üzvü ilə 6 illik müqavilə imzalanıb. "Çelsi" bu transfer üçün qarşı tərəfə 18 milyon avro ödəyib.

 

Qeyd edək ki, Karni Çukuemeka "Aston Villa"nın yetirməsidir. 18 yaşlı yarımmüdafiəçi son mövsümdə əsas komandanın heyətində meydana çıxdığı 22 matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti