"Beşiktaş"ın gənc futbolçusu A Seriyası klubunda

17:35 - 4 Avqust 2022

"Beşiktaş"ın futbolçusu Emirhan İlkhan karyerasını İtaliyada davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçi "Torino"ya transfer olacaq. A Seriyası təmsilçisi gənc futbolçunun müqaviləsində yer alan 4,5 milyon avroluq sərbəstqalma məbləğini ödəyəcək.

 

Emirhan İllhan "Torino" ilə 5 illik müqavilə imzalamaq üçün cümə günü İtaliyaya gedəcək. O, yeni klubunda illik 900 min avro maaş alacaq.

 

Qeyd edək ki, Emirhan İlkhan "Beşiktaş"ın yetirməsidir. Türkiyə U-21 millisinin üzvü son mövsümdə "qara qartallar"ın əsas komandasının heyətində meydana çıxdığı 12 matçda 1 qol vurub.

Xəbər xətti