"Qalatasaray" vingerini italiyaya göndərdi

19:55 - 5 Avqust 2022

"Qalatasaray" bir futbolçusunu icarəyə verib.

 

Sportal.az xəbər İstanbul təmsilçisi Olimpiu Morutanı İtaliyaya göndərib. Rumıniyalı vinger 2022/2023 mövsümünü icarə əsasında "Piza"da keçirəcək.

 

B Seriyası təmsilçisi 1 illik icarəyə görə "sarı-qırmızılar"a 150 min avro ödəyəcək. "Piza" A Seriyasına vəsiqə qazansa, 5,5 milyon avroluq məcburi satınalma maddəsindən istifadə etməlidir.

 

Olimpiu Morutan "Qalatasaray"a 2021-ci ilin yayında FCSB-dan 3,5 milyon avroya transfer olunub. O, "aslanlar"ın heyətində meydana çıxdığı 26 matçda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti