"Roma" PSJ-nin yarımmüdafiəçisini transfer etdi

20:17 - 5 Avqust 2022

İtaliyanın "Roma" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi PSJ-dən Corcinio Viynaldumu transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

Niderland millisinin üzvü 2022/2023 mövsümünü icarə əsasında "Roma"da keçirəcək.

 

Qeyd edək ki, Corcinio Vilnaldum PSJ-yə 2021-ci ilin yayında azad agent statusu ilə keçib. 31 yaşlı yarımmüdafiəçi Paris təmsilçisinin heyətində meydana çıxdığı 38 matçda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti