Sabiq "Liverpul"lu MLS klubuna keçdi

23:08 - 5 Avqust 2022

"Kristal Pelas"ın hücumçusu Kristian Benteke karyerasını ABŞ-da davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, belçikalı futbolçu "Di Si Yunayted" klubuna keçib. Bu barədə MLS təmsilçisinin rəsmi saytı məlumat yayıb.

 

31 yaşlı forvard yeni klubu ilə 2,5 illik müqaviləyə qol çəkib.

 

Qeyd edək ki, Kristian Benteke "Kristal Pelas"a 2016-cı ilin yayında "Liverpul"dan transfer olunub. Belçika yığmasının üzvü son mövsümdə Premyer Liqa klubunun heyətində meydana çıxdığı 31 matçda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti