"Qəbələ" Tovuza yola düşür

10:13 - 6 Avqust 2022

“Qəbələ” Misli Premyer Liqasının 2022-2023-cü illər mövsümünə avqustun 8-də start verəcək.

 

Sportal.az xəbər verir ki, “qırmızı-qaralar” I turun son görüşündə “Turan Tovuz”la qarşılaşacaq.

Baş məşqçi Elmar Baxşıyevin yetirmələri oyunun hazırlığını başa vurub. Komanda bu gün matçın keçiriləcəyi Tovuza yola düşəcək. “Qırmızı-qaralar” son məşqlərini Tovuz şəhər stadionunda gerçəkləşdirəcək. 

 

Xatırladaq ki, avqustun 8-də baş tutacaq qarşılaşma saat 17:00-da başlayacaq.

Xəbər xətti