"Qarabağ"ın rəqibinin futbolçusu "Şaxtyor"a keçdi

12:08 - 6 Avqust 2022

Çempionlar Liqası III təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Ferentsvaroş"da ayrılıq gerçəkləşib.

 

Sportal.az xəbər verir ki, Budapeşt təmsilçisinin yarımmüdafiəçisi Aleksandr Zubkov Donetsk "Şaxtyor"una keçib. Bu barədə Ukrayna klubunun mətbuat xidməti məlumat yayıb.

 

Ukraynalı vinger yeni klubu ilə 5 illik müqavilə imzalayıb. Donetsk təmsilçisinin bu transfer üçün 2 milyon avro ödədiyi bildirilir.

 

Aleksandr Zubkov "Ferentsvaroş"a 2020-ci ilin yayında məhz "Şaxtyor"dan transfer olmuşdu. 26 yaşlı futbolçu son mövsümdə Macarıstan klubunun heyətində meydana çıxdığı 34 matçda 3 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

 

Qeyd edək ki, "Qarabağ" "Ferentsvaroş"la Bakıda keçirdiyi ilk matçda 1:1 hesablı heç-heçə edib. Komandalar arasında cavab görüşü 9 avqust tarixində Macarıstanda olacaq.

Xəbər xətti