"Sumqayıt"da idman direktoru təyin olundu

19:57 - 6 Avqust 2022

"Sumqayıt" Futbol Klubunun idman direktoru postuna təyinat gerçəkləşib.

 

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, adıçəkilən vəzifəni bir müddətdir müvəqqəti yerinə yetirən Faiq Hacı-Məhərrəmov icra edəcək.

 

Qeyd edək ki, Faiq Hacı-Məhərrəmov 2011-ci ildən etibarən "Sumqayıt"da çalışır. O, klub yaranandan bu günə qədər əsas komandanın meneceri vəzifəsini icra edib.

Xəbər xətti