Millimiz İslam Həmrəyliyi Oyunlarında ilk matçına çıxır

12:45 - 8 Avqust 2022

23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası V İslam Həmrəyliyi Oyunlarında bu gün ilk oyununu keçirəcək.

 

Sportal.az xəbər verir ki, millimiz Səudiyyə Ərəbistanı yığmasının müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

 

“Konya Cumhuriyet” stadionunda keçiriləcək qarşılaşma saat 18:00-da başlayacaq.

Xəbər xətti