"Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsində - YENİLƏNİB

23:53 - 9 Avqust 2022

Bu gün "Qarabağ" Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab matçına çıxacaq.

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi "Ferentsvaroş"un qonağı olacaq.

"Groupama Arena"da Bakı vaxtı ilə saat 22:00 start götürəcək matçı ispaniyalı FIFA referisi Karlos del Serro idarə edəcək.

Bakıda keçirilən matç 1:1 hesabı ilə yekunlaşmışdı.

UEFA Çempionlar Liqası

9 avqust

22:00. "Ferentsvaroş" (Macarıstan) - "Qarabağ" (Azərbaycan) 1:3 

QOL: Adama Traore, 86 Abdullah Zubir, 7, İbrahima Vadji, 55, 78

Hakimlər: Karlos del Serro, Xose Naranxo, Qonsalo Qonsales, Migel Anxel Ortis Arias (hamısı İspaniya)
VAR hakimləri: Xavyer Estrada Fernandes, İqnasio İqlesias Vilyanueva
Budapeşt, "Groupama Arena"
 

Xəbər xətti