"Qarabağ" "Ferentsvaroş"la matçdan öncə azarkeşlərə müraciət etdi

14:59 - 9 Avqust 2022

"Qarabağ" Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Ferentsvaroş"la səfərdə keçirəcəkləri cavab oyunundan əvvəl Macarıstandakı azarkeşlərinə müraciət edib.

Sportal.az klubun sosial şəbəkə hesablarına istinadən xəbər verir ki, Ağdam təmsilçisini dəstəkləmək istəyən fanatlar bu gün saat 18:00-dan 20:00-dək "Groupama Arena"da qonaq tərəfdarlar üçün ayrılmış E sektorunun giriş qapısından bilet ala bilərlər. Biletin qiyməti 8 avrodur (2850 Macarıstan forinti).

Qeyd edək ki, "Ferentsvaroş" – "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Xəbər xətti