Millimizin Türkmənistanla oyunlar üçün heyəti açıqlandı

21:20 - 9 Avqust 2022

Futzal üzrə Azərbaycan millisinin avqustun 9-dan 20-dək Bakıda təlim-məşq toplanışı olacaq.

 

Sportal.az xəbər verir ki, yığmamız hazırlıq çərçivəsində avqustun 17-də və 19-da Bakı İdman Sarayında Türkmənistan milli komandası ilə iki yoldaşlıq oyunu keçirəcək. Hər iki oyun saat 18:00-da start götürəcək.

 

Millimizin heyətinə dəvət olunmuş futzalçıların siyahısı

 

Qapıçılar: Emin Kürdov (klubsuz), Azər Fərmanov (Araz-Naxçıvan), Zaur Sultanov (U-19)

 

Oyunçular: İsa Atayev, Xətai Bağırov (hər ikisi “Beşiktaş Gent”, Belçika), Oruc Baxşəlizadə, Nurlan Mehdizadə, Fərid Atakişiyev (hamısı "Neftçi" İK), Fuad Məmmədzadə, Novruz Kazıxanov, Nurlan Məmmədov, Məhəmməd Abbasov, Mikayıl Qiyasov (hamısı U-19), Murad Quluzadə ("Baku Fire").

Xəbər xətti