"Qarabağ"ın pley-off-dakı rəqibi məlum oldu

00:29 - 10 Avqust 2022

"Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi məlum olub.

 

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi növbəti raundda Çexiyanın "Viktoriya" klubu ilə qarşılaşacaq. Plzen təmsilçisi Moldovadakı ilk matçda 2:1 hesabı ilə məğlub etdiyi "Şerif"i evdə də eyni hesabla udaraq, pley-offa vəsiqə qazanıb.

 

Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsində Macarıstan çempionu "Ferentsvaroş"u mübarizədən kənarlaşdırıb.

Xəbər xətti