UEFA reytinqi: "Qarabağ" Azərbaycanın xalını artırdı

10:11 - 10 Avqust 2022

Azərbaycanın UEFA reytinqində xal ehtiyatı artıb.

Sportal.az xəbər verir ki, “Qarabağ”ın Çempionlar Liqasın III təsnifat mərhələsinin cavab oyununda Macarıstan “Ferentsvaroş”unu məğlub etməsi (3:1) ölkəmizin aktivinə növbəti 0,250 xalı yazdırıb. Azərbaycan 14500 xalla mövqeyini dəyişməyib və 29-cu sırada yer alır. 28-ci sırada yer alan Polşanın 15,375 xalı var.

Sabah Azərbaycanın avrokuboklardakı daha bir təmsilçisi növbəti oyununa çıxacaq. “Neftçi” Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda “Rapid”in qonağı olacaq.

Xəbər xətti